Somalinin paytaxtında partlayış nəticəsində altı nəfər həlak olub

Somalinin paytaxtında partlayış nəticəsində altı nəfər həlak olub
  • Maraqlı / Dünya

  • Somalinin paytaxtı Moqadişoda baş verən partlayış nəticəsində azı altı nəfər həlak olub.

    LEQAL.AZ  Sinxua agentliyinə istinadla xəbər verir ki, partlayış kamikadze tərəfindən polis akademiyasının yaxınlığındakı restoranda törədilib. Həlak olanlar arasında hərbçilər də var. Somali federal hökumətinin nümayəndəsi Muxtar İsmayılın sözlərinə görə, hücumun hədəfi restorandakı təhlükəsizlik xidmətinin əməkdaşları olub.

    “Somali Guardian” portalı isə öz növbəsində partlayışın polis akademiyası binasının yaxınlığında şəxsi heyətin toplanışı vaxtı baş verdiyini bildirir. Hazırda təcili tibbi yardım maşınları yaralıları hadisə yerindən çıxarır.
    PAYLAŞ:

    Oxşar xəbərlər