Stokholmda Quran nüsxəsinin yandırılmasına etiraz edənlər Bağdaddakı İsveç səfirliyinə hücum ediblər.
Leqal.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, etirazçılar binanı yandırıblar. Səfirlik əməkdaşlarından heç kim xəsarət almayıb.
Xatırladaq ki, iştirakçılar İslam ziyarətgahlarında Quranın təhqir olunmasına etiraz olaraq İsveç səfirinin İraqdan çıxarılmasını tələb ediblər.