Heykəltəraş İlqar Balayev - Xalq Rəssamı Tokay Məmmədovun büstünü hazırlayıb

Heykəltəraş İlqar Balayev - Xalq Rəssamı Tokay Məmmədovun  büstünü hazırlayıb
  • Maraqlı

  • Orijinal rəssam puçluqdan məhrum olmaqla, sənətin tükənməz olduğunu çox gözəl anlayır. 

    Ümumiyyətlə Rəssamlıq gözəgörünməz poeziyadır.

    Azərbaycan təsviri sənətində öz dəst-xətti ilə seçilən rəssamlardan biri də İlqar Balayevdir.

    Bu dəfə o, görkəmli heykəltəraş, Azərbaycanın Əməkdar incəsənət xadimi, Respublikanın Xalq rəssamı, SSRI Rəssamlıq Akademiyasının müxbir üzvü, professor, SSRİ Dövlət Mükafatı laureatı Tokay Məmmadovun büstünü hazırlayib.

    İlqar Balayev deyir ki, xalq Rəssamının sənətə gəlməsində, şəxsiyyət kimi formalaşmasında anası, Azərbaycanın ilk qadın heykəltəraşı Zivər Məmmədovanın böyük rolu olub. Onun sənətinin vurğunu olan heykəltəraş sözlərinə əlavə edərək bildirir ki, Tokay Məmmədov öz sənətinin pisxologiyası, bir sözlə fəlsəfə dünyası olan vahid rəssamlardandı.

    Qeyd edək ki, T.Məmmədov Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin üçüncü kursunu bitirdikdən sonra Leninqrada (indiki Sankt-Peterburq) gedərək İ.Repin adına Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinə qəbul olunub. Ali təhsilini başa vuran T.Məmmədov Leninqradda heykəltəraş kimi fəaliyyət göstərib və orada Rəssamlar İttifaqına üzv seçilib. Bakıya qayıtdıqdan sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində dərs deyib. 1970-1972-ci illərdə Azərbaycan Rəssamlıq İttifaqının sədri vəzifəsində çalışıb.

    Vurğulayaq ki, T.Məmmədov bir çox şairlərin, alimlərin, sadə əmək adamlarının, dövlət xadimlərinin və öz sənət dostlarının büst portretlərini ustalıqla yaradıb. 1953-cü ildə ilk dəfə ağacdan dahi Nizami Gəncəvinin təsvirini yonub. Azərbaycan heykəltəraşlığında ağac materialdan ilk dəfə T.Məmmədov istifadə edib. Onun yaratdığı ağac portretlərdə yüksək psixoloji keyfiyyətləri göstərə bilməsi diqqəti cəlb edir. Bu qəbildən onun “Səməd Vurğun”, “Xalq Rəssamı Qəzənfər Xalıqov”, “Nəriman Nərimanov”, uzunömürlü azərbaycanlı “Şirəli Müslümov” və başqa əsərlərini qeyd etmək olar.

    Diqqətə çatdırılıb ki, heykəltəraş T.Məmmədovun yaratdığı portretlər qalereyasında, həmçinin mərmər, tunc, gips materiallardan hazırlanmış əsərlər var ki, sənətkar onlarda xarici görünüşlə daxili psixoloji keyfiyyətləri vəhdətdə verməyə nail olub. Bu baxımdan “Üzeyir Hacıbəyli”, “Rüstəm Mustafayev”, “Vəcihə Səmədova”, “Süleyman Rəhimov”, “F.Şopen”, “V.A.Motsart” və “Koroğlu”nun büst portretlərini qeyd etmək yerinə düşər.

    www.Leqal.Az



    PAYLAŞ:

    Oxşar xəbərlər