Sərnişindaşımanın bərpa olunduğu həftə ərzində Bakı metrosu ilə gündəlik təxminən 350-400 min sərnişin daşınıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə azdır.
B.Məmmədov ötən həftə ilk dəfə istifadəyə verilən "8 Noyabr" stansiyasında daşınan sərnişin sayı orta hesabla təxminən gündəlik 2 500-dür.
Onun sözlərinə görə, Bakı metrosu ilə sərnişin daşınması gündəlik ortalama 700 min nəfərdir.
Qurum rəsmisi azalmanın səbəbinin karantin qaydalarına uyğun olaraq təhsil müəssisələrinin bağlı olması və iş yerlərində iş rejiminin fərqli olması ilə əlaqədar olduğunu deyib.