Azərbaycan iqtisadiyyatı öz inkişaf dövrünü yaşayır

Azərbaycan iqtisadiyyatı öz inkişaf dövrünü yaşayır
  • İqtisadiyyat

  • Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan düzgün iqtisadi və siyasi islahatlar nəticəsində ölkəmiz dünyada gedən riskli proseslərdən özünü qoruya bilmiş, dünya böhranından sonra dinamik inkişafını davam etdirmişdir. Onun rəhbərliyi dövründə ölkənin enerji təhlükəsizliyi tam təmin edilmiş və etibarlı energetika sistemi yaradılmışdır.

    Azərbaycan yüksək iqtisadi göstəricilərə və digər üstünlüklərə malik dövlət kimi ümumi tərəqqiyə və əmin-amanlığa xidmət edən əməkdaşlığı daim genişləndirmək əzmindədir. Respublikamızla əlaqədar bəzi taleyüklü məsələlərin həllində obyektiv mövqedən çıxış etməyən, ikili standartlara yol verən Avropanın bir sıra dövlətlərindən fərqli olaraq, Azərbaycan ədalətli əməkdaşlığın sarsılmaz qaydalarına riayət edərək ümumi əmin-amanlıq naminə beynəlxalq vəzifələrini ləyaqətlə yerinə yetirir.

    Azərbaycan həmişə yüksək qiymətləndirdiyi beynəlxalq əməkdaşlıq ənənələrinə bundan sonra da sadiq qalacaqdır. Hazırda dünyanın üzləşdiyi böyük problemlərdən biri Avropanı etibarlı enerji mənbələri ilə təmin etməkdən ibarətdir. Azərbaycan sülh və dostluğa söykənən davranış qaydalarına, qəbul edilmiş ümumi tərəfdaşlıq prinsiplərinə sadiq qalaraq bu sahədə öz imkanlarından maksimum səmərəli istifadə etmək əzmindədir.

    Son illərdə sosial-mədəni tədbirlərin genişləndirilməsində Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da misilsiz xidmətləri xüsusi vurğulanmalıdır. İnsanlara sosial-mənəvi dəstək verilməsində, təhsil, mədəniyyət sahəsində uğurlar daha böyükdür.

    Azərbaycan ildən-ilə güclənir, sürətlə inkişaf edir. Aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edilib və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunub. Bu gün iqtisadiyyatda əldə edilmiş sıçrayışlı inkişafın və çoxsaylı nailiyyətlərin nəticəsi olaraq Azərbaycan keyfiyyətcə yeni pilləyə - modernləşmə mərhələsinə qədəm qoyub.

    Rasim Əzimov
    Dəmirçi kənd ümumi orta məktəbin müəllimi
    PAYLAŞ:

    Oxşar xəbərlər