Rusiyanın daha bir aviaşirkəti Azərbaycana birbaşa uçuşlara başlayır

Rusiyanın daha bir aviaşirkəti Azərbaycana birbaşa uçuşlara başlayır
  • İqtisadiyyat

  • Rusiyanın “Red Wings” aviaşirkəti Azərbaycana birbaşa uçuşlar həyata keçirəcək.

    LEQAL.AZ xarici KİV-ə istinadən xəbər verir ki, bunu “Red Wings”in baş direktoru Yevgeni Klyuçaryov deyib.

    Onun sözlərinə görə, aviaşirkət Yekaterinburq “Koltsovo” Hava Limanından Azərbaycana aviareyslər təşkil edəcək: “Aviareyslərin təşkili koronavirus pandemiyası ilə bağlı vəziyyət stabilləşən kimi reallaşdırılacaq”.

    E. Klyuçarev əlavə edib ki, Yekaterinburq “Koltsovo” Hava Limanından Azərbaycanla yanaşı Qazaxıstana və Özbəkistana da aviareyslər təşkil ediləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər