Masallıda tütün tədarükü davam edir

Masallıda tütün tədarükü davam edir
  • İqtisadiyyat

  • Bədəlan kəndi ərazisində istehsal olunan 2,60 ton quru tütün tədarük müəssisəsinə təhvil verilib.
    Dövlətimiz bu sahənin inkişafı üçün fermerlərə hər cür dəstək verir. Hal-hazırda quru tütünün 1 kiloqramı 2 manat 40 qəpiyə təhvil verilir. Yəqin ki, oktyabrın axırına qədər tütün yığımı davam edəcək.
    Kolatan əməkçiləri 2020-ci ilin məhsulu üçün 1,5 hektar sahədə tütün əkib becərmişlər.
    Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın erməni işğalından azad edilməsi üçün apardığı uğurlu döyüşlər, bununla əlaqədar elan edilən hərbi vəziyyət şəraitində Masallı rayonunda kənd təsərrüfatı işlərinin ahəngdar gedişinin təmin olunması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir.

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər