LEQAL.AZ Oxu.az-a istinadən bildirir ki, Çində 2019-cu illə müqayisədə Honqkonq və Makao xaricində ümumilikdə milyarderlərin sayı 257 nəfər artıb. Hazırda bu ölkədə 878 milyarder var.
“Le Figaro” xəbər verir ki, bu il Çindəki 500 ən varlı iş adamının sərvəti əvvəlki beş ilə nisbətən daha da artıb.
Ölkənin koronavirusa qarşı sərt karantin tədbirləri rəqamsal nəhənglər üçün xüsusilə gəlirli olub, çünki milyonlarla çinli evlərində təcrid ediliblər.
Elektron ticarətin öndə gedənlərindən olan “Alibaba”nın qurucusu Cek Ma 58,8 milyard dollarla ölkədə ən böyük sərvətin sahibidir. Onu 57,4 milyard dollarla məşhur rəqəmsal nəhəng “WeChat” tətbiqetməsini yaradan Tencent Poni Ma müşayiət edir.
Üçüncü yerdə sərvətinin 53,7 milyard dollar olduğu təxmin edilən, “Nongfu Spring” şirkətinin rəhbəri Çjun Şanşan dayanır.
Xatırladaq ki, Çin iqtisadiyyatı dünyada koronavirus böhranı fonunda bərpa olunmağa davam edən yeganə ölkədir.