Özəlləşdirmə hərracına daha 43 dövlət əmlakı çıxarılacaq

Özəlləşdirmə hərracına daha 43 dövlət əmlakı çıxarılacaq
  • İqtisadiyyat

  • Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən növbəti hərrac dekabrın 22-də təşkil ediləcək.

    ƏMDX-dən LEQAL.AZ-a bildirilib ki, hərraca 43 dövlət əmlakı çıxarılacaq. Bunlardan 29-u kiçik dövlət müəssisəsi və yarımçıq tikili, 14-ü isə nəqliyyat
    vasitəsidir.

    Özəlləşdirməyə çıxarılan əmlakların tam siyahısı ilə burada tanış ola bilərsiniz:
    (https://bit.ly/39wYZuXhttps://bit.ly/2HJJap6https://bit.ly/3mfmNGUhttps://bit.ly/2HH9ksDhttps://bit.ly/2V6IdtZ).

    Dövlət Xidməti tərəfindən təşkil edilən hərraclarda hər kəsin sərbəst iştirakı təmin olunur. İştirak etmək istəyən şəxslərə seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə bilərlər.

    Keçiriləcək hərraclarda iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytına (“emlak.gov.az”) və ya Özəlləşdirmə Portalına (“privatization.az”) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (“e-emlak.gov.az”) “Elektron hərrac” bölməsini seçərək onlayn özəlləşdirməyə qoşula bilər.
    PAYLAŞ:

    Oxşar xəbərlər