Qətər şirkətləri Azərbaycana investisiya yatırmağa dəvət edilib

Qətər şirkətləri Azərbaycana investisiya yatırmağa dəvət edilib
  • İqtisadiyyat

  • Qətər şirkətləri Azərbaycana investisiya yatırmağa və birgə layihələrin həyata keçirilməsində iştiraka dəvət olunub.

    İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildirilib ki, nazir Mikayıl Cabbarov Qətər Dövlətinin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşüb. Görüşdə Azərbaycan və Qətər arasında əlaqələrin yüksək səviyyədə olduğu, qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafında əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, Qətər Dövlətinin Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli həllini dəstəkləməsi ölkəmizdə yüksək qiymətləndirilir.

    İqtisadiyyat naziri bildirib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq uğurla inkişaf edir, 2020-ci ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsində artım müşahidə olunur.

    Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib, birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın əlaqələrin genişləndirilməsində rolunun gücləndirilməsi vurğulanıb, Qətər şirkətləri Azərbaycana investisiya yatırmağa və birgə layihələrin həyata keçirilməsində iştiraka dəvət edilib.

    Qətərin Azərbaycandakı səfiri ölkəmizdə fəaliyyətindən məmnunluğunu bildirib, Qələbə münasibətilə xalqımızı təbrik edib, ölkələrimiz arasında əməkdaşlığın inkişafı perspektivləri barədə fikirlərini bölüşüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər