Bir qrup xammal daha 3 il ƏDV-dən azad edildi

Bir qrup xammal daha 3 il ƏDV-dən azad edildi
  • İqtisadiyyat / Maraqlı

  • Bir qrup xammal və materialın idxalının əlavə dəyər vergisindən azadedilmə müddəti 3 uzadılıb.

    Leqal.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.

    Fərmana əsasən, aşağıdakı xammal və materialların idxalının əlavə dəyər vergisindən azad edilmə müddəti 2023-cü il dekabrın 31-dən 2026-cü il dekabrın 31-dək uzadılıb:


    Eyni zamanda kalsium hidrogen ortofosfat (dikalsium fosfat), digər kalsium fosfatları, lizin və onun mürəkkəb efirləri, bu birləşmələrin duzları, digər aminoturşular və onların mürəkkəb efirləri, bu birləşmələrin duzları, treonin, xolin və onun duzları, digər metionin kükürd-üzvi birləşmələri, strukturunda pirimidin halqası (hidrogenləşdirilmiş və ya hidrogenləşdirilməmiş) və ya piperazin halqası olan digər birləşmələr, E vitamini və onun törəmələri, digər vitaminlər və onların törəmələri, bir-biri ilə qarışdırılmış və ya qarışdırılmamış, kimyəvi emal edilmiş və ya emal edilməmiş heyvan və ya bitki mənşəli gübrələr; heyvan və ya bitki mənşəli məhsulların qarışdırılması və ya kimyəvi emalı ilə əldə edilmiş gübrələr və digər fermentlər və ferment preparatlarının idxalının əlavə dəyər vergisindən azad edilmə müddəti 2023-cü il dekabrın 31-dən 2026-cü il dekabrın 31-dək uzadılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər