Şəbəkədə bərpa olunan enerjinin payının artırılmasına texniki yardım göstəriləcək

Şəbəkədə bərpa olunan enerjinin payının artırılmasına texniki yardım göstəriləcək
  • İqtisadiyyat

  • “Azərbaycanın elektroenergetika sistemində bərpa olunan enerjinin payının artırılmasına texniki yardım” layihəsinin başlanğıc görüşü keçirilib.

    Bu barədə Leqal.az-a Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən məlumat verilib.

    Bildirilib ki, görüşdə Dünya Bankının dəstəyi ilə “CESİ” məsləhətçi şirkəti tərəfindən həyata keçiriləcək layihə nəzərdən keçirilib, layihə üzrə görüləcək işlər, atılacaq addımlar, hədəflər və gözlənilən nəticələr müzakirə edilib.

    Layihənin əsas məqsədi Azərbaycanda bərpa olunan enerji mənbələri hesabına əldə olunacaq elektrik enerjisinin şəbəkəyə ötürülməsi ilə əlaqədar müvafiq təhlillərin aparılması və hesabatın hazırlanmasıdır.

    Görüşdə Energetika Nazirliyi, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi, “Azərişıq” ASC və “Azərenerji” ASC-nin nümayəndələri iştirak ediblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər