Düşmən vətəndaşlarımıza mesaj vasitəsilə təxribat xarakterli saxta çağırışlar edir

Düşmən vətəndaşlarımıza mesaj vasitəsilə təxribat xarakterli saxta çağırışlar edir
  • İqtisadiyyat

  • Ermənistan tərəfi təxribat xarakterli məlumatlar və dezinformasiya yaymaqda davam edir.
    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən LEQAL.AZ-a bildirilib ki, bu dəfə saxta xarici nömrələrdən vətəndaşlarımıza mesaj göndərilərək onlara raket hücumu təhlükəsi olduğundan yaşadığı əraziləri tərk etmələri barədə saxta çağırışlar edilir.
    Nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, məqsədi əhali arasında qorxu və təşviş yaratmaq olan bu məlumatlar həqiqəti əks etdirmir.
    Vətəndaşlardan yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etmələri, tanımadığı xarici nömrələrdən gələn zəng və mesajlara cavab verməmələri, həmin nömrələri bloklamaları, mesajları spam olaraq şikayət etmələri xahiş olunur.
    Həmçinin hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda “www.cert.az” saytı və ya “[email protected]” elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.
    Eyni zamanda, vətəndaşlar baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini (“screenshot”) və digər elektron sübutları saxlasınlar və Elektron Təhlükəsizlik Xidmətinə göndərsinlər.

    PAYLAŞ:

    Oxşar xəbərlər