Azərbaycanla Rusiya arasında ticarət əlaqələri müzakirə olunub

Azərbaycanla Rusiya arasında ticarət əlaqələri müzakirə olunub
  • İqtisadiyyat

  • İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovla iki ölkə arasında iqtisadi münasibətlərin inkişafını müzakirə edib.

    LEQAL.AZ-ın məlumatına görə, bu barədə nazir öz "Twitter" səhifəsində yazıb.

    "Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovla ölkələrimiz arasında ticarət əlaqələrinin genişləndirilməsi, iqtisadi əməkdaşlıq çərçivəsində klasterlərin yaradılması, Azərbaycan-Rusiya regionlararası forumunun keçirilməsi və iqtisadi zonalar üzrə tərəfdaşlığın təşviqi barədə müzakirələr apardıq", - nazir yazıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər