İtaliyanın iki məşhur qapıçısı klublarını dəyişir

İtaliyanın iki məşhur qapıçısı klublarını dəyişir
  • İdman

  • İtaliyanın "Yuventus" klubundan ayrılan qapıçı Canluici Buffon "Parma"ya keçəcək.

    LEQAL.AZ  xəbər verir ki, bu barədə jurnalist Nikola Skira şəxsi tvitter hesabında məlumat verib. 43 yaşlı qapıçı bu həftə B Seriyası təmsilçisi ilə müqavilə imzalayacaq.

    Onun həmyerlisi, "Milan"dan ayrılan Canluici Donnaruma isə Fransanın PSJ klubu ilə müqavilə imzalayacaq. Razılaşma 2026-cı ilədək nəzərdə tutulub. İtaliya millisinin qapıçısı tibbi müayinədən iyunun 16-da Avropa çempionatının A qrupunun İtaliya - İsveçrə matçından sonra keçəcək.

    Qeyd edək ki, Canluici Buffon böyük futbolda debütünü 1995-ci ildə İtaliya "Parma"sında gerçəkləşdirib. O, 2001-ci ildə "Yuventus"a transfer olub. 2018/2019 mövsümünü Fransa PSJ-sində keçirmiş italiyalı qolkiper daha sonra Turin klubuna qayıdıb. Buffon 1997 - 2018-ci illərdə İtaliya yığmasında forma geyinib./report
    PAYLAŞ:

    Oxşar xəbərlər