"Keşlə" futbolçusu Azər Salahlı ilə müqavilənin müddətini uzadıb.
LEQAL.AZ klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin 27 yaşlı müdafiəçisi daha 1 il paytaxt təmsilçisinin formasını geyinəcək.
Bundan başqa, "Neftçi”dən icarəyə götürülmüş Rəhman Hacıyev və Turan Vəlizadə ilə 1 illik yeni sözləşmə imzalanıb./report