Azərbaycan millisi səfərdə Belarus seçməsini məğlub edib

Azərbaycan millisi səfərdə Belarus seçməsini məğlub edib
  • İdman

  • Minskdəki "Dinamo" Milli Olimpiya Stadionunda futbol üzrə beynəlxalq yoldaşlıq görüşü çərçivəsində keçirilən Belarus- Azərbaycan oyunu başa çatıb.

    LEQAL.AZ xəbər verir ki, baş məşqçi Canni De Byazinin Belarus ilə oyuna start heyətdə Emil Balayev, Qara Qarayev, Azər Salahlı, Höccət Haqverdi, Maksim Medvedev, Namik Ələskərov, Emin Mahmudov, Əli Qurbani, Bədavi Hüseynov, Anton Krivotsyuk və Toral Bayramova yer verib.

    Qarşılaşma Azərbaycan yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk hissə qolsuz bərabərliklə yekunlaşıb. Meydan sahiblərinin heyətində Maksim Skaviş 56-cı dəqiqədə hesabı açıb - 1:0. Bu qoldan sonra oyuna Azərbaycan millisi nəzarət etməyə başlayıb. 73-cü dəqiqədə Bədavi Hüseynov tarazlığı bərpa edib. Görüşün son dəqiqəsində isə Ramil Şeydayev qələbə topunu vurub.

    Qeyd edək ki, bu, iki komandanın dördüncü oyunu olub. Əvvəlki üç görüş də yoldaşlıq xarakteri daşıyıb. Tərəflər hərəyə bir dəfə minimal hesabla qalib gəlib, bir qarşılaşma isə heç-heçə ilə yekunlaşıb.

    Hazırda Belarus FIFA reytinqində 89-cu, Azərbaycan 110-cu yerdədir.

    Azərbaycan millisi bundan əvvəl Alaniyada Türkiyə yığmasına 1:2 hesabı ilə uduzub. Növbəti yoldaşlıq görüşü iyunun 6-da Kişineuda Moldovaya qarşı olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər