Minskdəki "Dinamo" Milli Olimpiya Stadionunda beynəlxalq yoldaşlıq görüşü çərçivəsində keçirilən Belarus- Azərbaycan oyunu başlayıb.
LEQAL.AZ xəbər verir ki, baş məşqçi Canni De Byazinin Belarus ilə oyuna start heyətdə Emil Balayev, Qara Qarayev, Azər Salahlı, Höccət Haqverdi, Maksim Medvedev, Namik Ələskərov, Emin Mahmudov, Əli Qurbani, Bədavi Hüseynov, Anton Krivotsyuk və Toral Bayramova yer verib.
Belarus yığmasının start heyətində isə Pavel Pavlyuçenko, Kirill Peçenin, Maksim Şvetsov, Maksim Volodko, Artyom Bıkov, Ruslan Xadarkeviç, Maks Ebonq, Maksim Skaviş, Nikolay Zolotov, Yevgeni Yablonski və Dmitri Antilevski yer alıblar.
Qeyd edək ki, bu, iki komanda arasında dördüncü oyun kimi tarixə düşəcək. Əvvəlki üç görüş də yoldaşlıq xarakteri daşıyıb. Tərəflər hərəyə bir dəfə minimal hesabla qalib gəlibsə, daha bir qarşılaşma heç-heçə ilə yekunlaşıb - 2:2.
Hazırda Belarus FIFA reytinqində 89-cu, Azərbaycan 110-cu yerdə gedir.
Azərbaycan millisi daha əvvəl Alaniyada Türkiyə yığmasına 1:2 hesabı ilə uduzub. Növbəti yoldaşlıq görüşü iyunun 6-da Kişineuda Moldovaya qarşı olacaq. Belarus isə ilk belə oyununa çıxacaq.
Azərbaycan millisinin futbolçularından Bəhlul Mustafazadə və Elvin Bədəlov hazır olmadıqları üçün Belarusa qarşı oyunu buraxmaq məcburiyyətində qalıblar.