"Gəncliyin yaradıcılığı" mövzusunda onlayn seminar keçirilib

"Gəncliyin yaradıcılığı" mövzusunda onlayn seminar keçirilib
  • İdman

  • Mayın 31-i Azərbaycan İdman Könüllüləri ictimai birliyinin və Mingəçevir Turizm Kollecinin İdman könüllüləri klubununun birgə təşkilatçılığı ilə "Gəncliyin yaradıcılığı" mövzusunda onlayn seminar keçirildi.

    Azərbaycan İdman Könüllüləri ictimai birliyindən LEQAL.AZ-a bildirilib ki, təlimçi Bəhman Qüdsi yaradıcılıq anlayışı, yaradıcı mühitin xüsusiyyətləri, yaradıcı düşünmənin yolları haqqında gənclərə məlumat verdi. Bildirdi ki, hər zaman fərqliliklərə və yeniliklərə açıq olsunlar.

    Seminarda, həmçinin yaradıcı düşüncəyə mane olan amillər, sosial mühitin yaradıcılığa təsiri də müzakirə edildi.

    Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər