Avropa Liqasının finalında əlavə hissələr

Avropa Liqasının finalında əlavə hissələr
  • İdman

  • Bu gün futbol üzrə Avropa Liqasında 2020/21 mövsümünün final oyunu keçirilir.

    LEQAL.AZ xəbər verir ki, həlledici oyunda İspaniyanın “Vilyarreal” və İngiltərənin “Mançester Yunayted” komandaları üz-üzə gəlir.

    Qarşılaşma Polşanın Qdansk şəhərində keçirilir.

    Avropa Liqası
    Final
    26 may

     
    23:00 Vilyarreal (İspaniya) – Mançester Yunayted (İngiltərə) - 1:1 (Birinci əlavə hissə)

    Qol: G.Moreno, 29 - Kavani, 55

    Baş hakim: Kleman Tyürpen (Fransa)

    ***

    29-cu dəqiqədə “Vilyarreal” Morenonun vurduğu qol sayəsində hesabı açır  - 1:0.

    ***

    İlk hissə başa çatdı.

    ***

    İkinci hissə başladı.

    ***

    55-ci dəqiqədə "Mançester Yunayted" hesabı bərabərləşdirir - 1:1. Edinson Kavani fərqlənir.

    ***

    90 dəqiqə 1:1 hesabı ilə başa çatdı. Əlavə hissələr oynanılacaq.

    qafqazinfo
    PAYLAŞ:

    Oxşar xəbərlər