“Milan”ın hücumçusu Zlatan İbrahimoviç futbol üzrə Avropa çempionatını buraxacaq.
LEQAL.AZ sports.ru-ya istinadən xəbər verir ki, 39 yaşlı futbolçu zədə səbəbindən turnirdə iştirak edə bilməyəcək.
O, artıq bu barədə İsveş yığmasının məşqçilər heyətini xəbərdar edib.
İbrahimoviç mayın 9-da “Yuventus”la oyunda dizindən zədə alıb. Matçın ikinci hissəsində o, meydançanı tərk etməyə məcbur olub.
Qeyd edək ki, İbrahimoviç İsveç millisinin ən yaxşı bombardiridir. Onun hesabında 62 qol var.