Portuqaliya yığmasında itki: Avropa çempionatını buraxacaq

Portuqaliya yığmasında itki: Avropa çempionatını buraxacaq
  • İdman

  • İngiltərənin "Vulverhempton" klubunun və Portuqaliya yığmasının futbolçusu Pedru Netu diz kasacığından zədə alıb.

    LEQAL.AZ-ın Sky Sports"a istinadən məlumatına görə, 21 yaşlı hücumçu yaxın vaxtlarda əməliyyat olunacaq. Gənc forvard bu səbəbdən, mövsümün qalan hissəsini buraxacaq.

    Netu Premyer Liqada XXXI turun "Fulhem"ə 1:0 hesabı ilə qalib gəldikləri görüşdə xəsarət alıb və 33-cü dəqiqədə əvəzlənməli olub. O, Portuqaliya yığmasına Avropa çempionatında kömək edə bilməyəcək. Hücumçu millidə 2020-ci ilin noyabrında debüt edib və 3 oyuna 1 qol vurub. Oyunlardan biri martın 24-də Azərbaycana qarşı dünya çempionatının seçmə mərhələsi qarşılaşmasına təsadüf edib. İstedadlı oyunçu 63 dəqiqə meydanda olub.

    Qeyd edək ki, Pedru Netu 2020/2021 mövsümündə Premyer Liqada 31 matçda 5 qol və 6 məhsuldar ötürmə müəllifi olub. O, "Vulverhempton"a 2019-cu ilin avqustunda İtaliya "Latsio"sundan 17,9 milyon avroya keçib. Hazırda "Transfermarkt" Netuya 35 milyon avro qiymət qoyub./report
    PAYLAŞ:

    Oxşar xəbərlər