"Telefondan asılı olma!" mövzusunda seminar keçirilib

"Telefondan asılı olma!" mövzusunda seminar keçirilib
  • İdman

  • Aprelin 21-i Azərbaycan İdman Könüllüləri ictimai birliyinin və Mingəçevir Turizm Kollecinin birgə təşkilatçılığı ilə "Telefondan asılı olma!" mövzusunda onlayn seminar keçirildi.

     Azərbaycan İdman Könüllüləri ictimai birliyindən LEQAL.AZ-a verilən məlumata görə, təlimçi Kifayət Ələkbərova telefon asılılığının əlamətlərindən və nomofobiya haqqında məlumat verdi.

    Qeyd etdi ki, bu asılılığımızdan uzaqlaşmaq üçün sosial şəbəkələrdə keçirdiyimiz vaxtı tənzimləməli, iradəmizlə mübarizə aparmağı öyrənməliyik.

    Seminar maraqlı müzakirələrlə yadda qaldı.

    PAYLAŞ:

    Oxşar xəbərlər