Taekvondoçumuz Minaya Əkbərova Avropa çempionatında bürünc medal qazanıb

Taekvondoçumuz Minaya Əkbərova Avropa çempionatında bürünc medal qazanıb
  • İdman

  • Bolqarıstanın paytaxtı Sofiyada böyüklər arasında taekvondo üzrə Avropa çempionatı davam edir.

    LEQAL.AZ xəbər verir ki, yarışın birinci günündə mübarizəyə qoşulan taekvondoçumuz Minaya Əkbərova (46 kq) səkkizdəbir finalda Özlem Gürüz (Almaniya), dörddəbir finalda isə bolqarıstanlı Qabriele Katsarovaya qalib gələrək yarımfinala vəsiqə qazanıb. Növbəti mərhələdə rusiyalı Larisa Medvedevaya məğlub olan təmsilçimiz bürünc medalla kifayətlənib.

    Komandamız turnirdə 11 idmançı ilə təmsil olunur.

    Yarışa aprelin 11-də yekun vurulacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər