Futbol üzrə Türkiyə milli komandasının kapitanı Burak Yılmaz üçün 2022-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində Niderlandla oyun (4:2) əlamətdar olub.
LEQAL.AZ xəbər verir ki, sözügedən görüşdə het-trikə imza atan 35 yaşlı hücumçu Niderlanda vurduğu qolların sayını 5-ə çatdırıb. Bununla da, o, 2000-ci ildən indiyədək Niderlanda ən çox qol vuran futbolçu olub. B.Yılmaz Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun rekordunu (4 qol) geridə qoyub.
Qeyd edək ki, B.Yılmaz Niderland yığması ilə 6 oyunda 5 qol vurmağı bacarıb.