Rövnəq Abdullayev: Futzal üzrə Azərbaycan millisi daha bir uğura imza atmaqla hər birimizi sevindirdi

Rövnəq Abdullayev: Futzal üzrə Azərbaycan millisi daha bir uğura imza atmaqla hər birimizi sevindirdi
  • İdman

  • Futzal üzrə Azərbaycan milli komandası daha bir uğura imza atmaqla hər birimizi sevindirdi. Moldova milli komandası ilə səfər oyununda qazanılan qələbə, eyni zamanda, seçmə mərhələdə ardıcıl dördüncü qalibiyyət oldu. Millimiz bu nəticə ilə Avropa çempionatının final mərhələsinə vəsiqəni artıq təmin etdi.

    LEQAL.AZ xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının final mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Assosiasiyanın saytına açıqlamasında deyib.

    R.Abdullayev bildirib: “Bir ildən çoxdur COVID-19 pandemiyası bütün dünyada əksər fəaliyyət sahələrinə təsirini göstərməkdədir. İdman da bu baxımdan istisna deyil və xüsusilə, sevindirici haldır ki, bütün bu çətinliklərə baxmayaraq, milli komandamız yüksək əzmkarlıq və peşəkarlıq göstərərək keçirdiyi oyunlarda maksimum nəticə qazanmağa nail olub. Son on ildə futzal millimizin göstərdiyi stabillik, vacib turnirlərdə qazandığı qələbələr, final mərhələlərinə vəsiqə qazanması futbol ailəsinin hər bir üzvünü sevindirir. Milli komandamızın növbəti uğurlu çıxışı münasibətilə futzalçılarımızı təbrik edir, seçmə mərhələnin digər oyunlarında və Avropa çempionatının final mərhələsində uğurlar arzu edirəm”.
    PAYLAŞ:

    Oxşar xəbərlər