Cüdo üzrə “Böyük dəbilqə” turniri Kazan şəhərinə keçiriləcək

Cüdo üzrə “Böyük dəbilqə” turniri Kazan şəhərinə keçiriləcək
  • İdman

  • Cüdo üzrə “Böyük dəbilqə” turniri Fransanın paytaxtı Parisdən Rusiyanın Kazan şəhərinə köçürülüb.

    LEQAL.AZ xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytında məlumat verilib.

    Turnir mayın 5-dən 7-dək keçiriləcək. Məlumatda bildirilib ki, turnirin yerinin dəyişdirilməsi Fransanın yarışı təşkil etməkdən imtina etməsi ilə əlaqədardır. Yarış Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli olacaq.

    “Tokio-2020” Olimpiya və Paralimpiya Oyunları ötən il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə bu yarışların keçirilməsi cari il iyulun 23-dən avqustun 8-dək tarixlərinə dəyişdirilib. Paralimpiya Oyunları isə avqustun 24-dən sentyabrın 5-dək təşkil olunacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər