"Fənərbağça" doğma meydanda xal itirib

"Fənərbağça" doğma meydanda xal itirib
  • İdman

  • Futbol üzrə Türkiyə çempionatının XXVIII turunun sonuncu qarşılaşmasında "Fənərbağça" doğma meydanda "Antalyaspor"u qəbul edib.

    LEQAL.AZ xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qalib müəyyənləşməyib - 1:1. Antalya təmsilçisinin qolunu Fredi, İstanbul klubunun qolunu isə Enner Valensiya vurub.

    Günün digər matçında "Kasımpaşa" öz meydanında "Trabzonspor"a 2:1 hesabı ilə məğlub olub. "Alanyaspor" - "Göztəpə" (1:1) matçında isə qalib müəyyənləşməyib.

    Hazırda Türkiyə superliqasinin turnir cədvəlinə 57 xalla "Qalatasaray" başçılıq edir. İkinci pillədə onunla eyni xala malik olan "Beşiktaş", üçüncü pillədə isə 55 xal toplayan "Fənərbağça" qərarlaşıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər