Fevralın 2-də futbol üzrə Türkiyə çempionatının XXIII turunun birinci qarşılaşmasında “Fənərbağça” səfərdə “Hatayspor”un qonağı olub.
LEQAL.AZ xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesabı 26-cı dəqiqədə İstanbul klubunun hücumçusu Mame Babe Tiam açıb. Matçın 88-ci dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Jean Klaude Billonq topu səhvən öz qapısından keçirib. Aaron Boupendza vurulan qollardan birinin əvəzini çıxsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Beləliklə, “Fənərbağça” səfərdə “Hatayspor”u 2:1 hesabı ilə məğlub edib.
Günün digər matçında İstanbul derbisi keçiriləcək. “Qalatasaray” öz meydanında “Başakşəhər”i qəbul edəcək. Digər matçda isə “Rizəspor” doğma meydanda “Kasımpaşa” ilə üz-üzə gələcək.
Turun digər oyunları aşağıdakılardır:
“Sivasspor” - “Ərzurumspor”;
“Fatih Karagümrük” – “Qaziantep”;
“Kayserispor” - “Alanyaspor”;
“Antalyaspor” – “Beşiktaş”;
“Konyaspor” – “Gənclərbirliyi”;
“Göztəpə” – “Yeni Malatyaspor”;
“Trabzonspor” - “Dənizlispor”.
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 48 xalla “Fənərbağça” başçılıq edir. İkinci pillədə 44 xal toplayan “Beşiktaş”, üçüncü pillədə isə 42 xala malik olan “Qalatasaray” qərarlaşıb.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXIII turda “Ankaragücü” istirahət edir.