“Qarabağ” və “Neftçi”nin sabiq futbolçusu Vild-Donald Qerye Kipr çempionatındakı debüt matçında qol vurub.
LEQAL.AZ oxu.az-a istinadən xəbər verir ki, haitili sol cinah müdafiəçisi XXVI turun “Apollon” – “Enosis” görüşündə (2:1) meydana 67-ci dəqiqədə daxil olub.
Qış fasiləsində Azərbaycanı Kiprə dəyişmiş futbolçu bundan iki dəqiqə sonra künc zərbəsindən ötürməni başla qola çevirməklə “Enosis”in qapıçısını məyus edib. Həmçinin Qerye bu qoldan iki dəqiqə sonra ilk sarı vərəqəsini də alıb.
Qeyd edək ki, “Apollon” klubunda “Qəbələ” və “Neftçi”nin sabiq hücumçusu Baqaliy Dabo da çıxış edir. Fransalı futbolçu bu matçın 84-cü dəqiqəsində meydana çıxıb.