Bundesliqada heç-heçələr günü: Bütün komandalar hərəyə bir xalla kifayətləndilər

Bundesliqada heç-heçələr günü: Bütün komandalar hərəyə bir xalla kifayətləndilər
  • İdman

  • Almaniya Bundesliqasında XXI tur davam edir.

    İkinci oyun günündə beş qarşılaşma keçirilib.

    Maraqlıdır ki, oyun gününün bütün qarşılaşmaları heç-heçə nəticələnib.

    İddialılardan “Bayer” “Mayns”la, Dortmund “Borussiya”sı “Hoffenhaym”la matçda xal itirib. Hər iki oyunda 4 qol qeydə alınıb.

    “Ştutqart”la “Herta” qollu heç-heçə edib. Digər iki matçda komandalar rəqib qapısına yol tapa bilməyib.

    Almaniya Bundesliqası

    XXI tur

    13 fevral

    “Bayer” – “Mayns” – 2:2

    Qollar: Alario, 14, Şik, 84 – Qlatzer, 89, Ştoqer, 90+2

    “Borussiya” D – “Hoffenhaym” – 2:2

    Qollar: Sanço, 24, Haland, 57 – Dabbur, 31, Bebu, 51

    “Ştutqart” – “Herta” – 1:1

    Qollar: Kaladjiç, 45+2 – Nets, 82

    “Verder” – “Frayburq” – 0:0

    “Union” – “Şalke” – 0:0
    PAYLAŞ:

    Oxşar xəbərlər