"İdmanın dünəni və bu günü" adlı görüş keçirilib - FOTO

"İdmanın dünəni və bu günü" adlı görüş keçirilib - FOTO
  • İdman

  • Fevralın 9-u "İdmanın dünəni və bu günü" adlı onlayn görüş keçirildi.

    "Babalar və nənələr" gününə həsr edilmiş tədbirdə Cüdo bölməsinin müəllimi, Əməkdar İdman Xadimi Bəxtiyar Məmmədov və Yunan-Roma güləşi üzrə məşqçi Tariyel Məmmədov könüllülərlə görüşdü.

    "Azərbaycan İdman Könüllüləri" ictimai birliyinin sədri Miraqil Seyidzadə çıxışında qonaqları təbrik edərək idmanın inkişafında veteran idmançıların rolundan bəhs etdi.

    Veteran idmançılar Bəxtiyar Məmmədov və Tarıyel Məmmədov çıxış edərək tədbir iştirakçılarına idmana gəlişlərindən, məşqçi kimi qazandıqları uğurlardan, təcrübələrindən bəhs etdilər.

    Məşqçi kimi gördükləri işin çətinliklərindən və öhdəlikləriklərindən danışaraq idman sahəsində Azərbaycan bayrağını ucaltmaq üçün hər zaman dəstək verməyə hazır olduqlarını bildirdilər.

    Sonra Veteran idmançılar gənclərin suallarını cavablandırdı və tövsiyyələrini verdilər.

    LEQAL.AZ

    PAYLAŞ:

    Oxşar xəbərlər