İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının qapıçılar üzrə məşqçisi Draqoslav Poleksiç namizəd qolkiperlər üçün məşq keçib.
LEQAL.AZ AFFA-nın saytına istinadla xəbər verir ki, Mərdəkan qəsəbəsində Milli Komandaların Məşq Mərkəzində keçirilən birgünlük məşqə Ayxan Arazlı (“Qarabağ”), Yusif İmanov (“Sabah”), Elməddin Sultanov (“Kəpəz”) və Vüsal Şabanov (“Zaqatala”) qatılıblar.
Məşqin təşkilində əsas məqsəd millimizə namizəd qapıçıların hazırlıq səviyyəsini yoxlamaq olub.