Yanvarın 17-də futbol üzrə Türkiyə çempionatının XIX turunda İstanbul derbisi baş tutub.
LEQAL.AZ-ın məlumatına görə, "Beşiktaş" doğma divarlar arasında "Qalatasaray"ı qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə "Beşiktaş" "Qalatasaray"ın qapısından iki cavabsız qol keçirib. Meydan sahiblərinin qollarını 79-cu dəqiqədə Souza, 90+1-ci dəqiqədə isə Kevin Nkoudou vurub. "Qalatasaray"ın heyətində isə Mbaye Caqne 58-ci dəqiqədə kobud oyununa görə qırmızı vərəqə alaraq meydanı tərk edib.
Qeyd edək ki, bu klublar arasında bu matçdan əvvəl 349 oyun keçirilib. Bunun 112-də "Beşiktaş", 122-də "Qalatasaray" qalib gəlib. Klublar arasında 115 dəfə bərabərlik qeydə alınıb.
Günün digər matçında isə "Yeni Malatyaspor" doğma meydanda "Rizəspor"u 4:1 hesabı ilə məğlub edib. "Hatayspor" isə səfərdə "Dənizlispor"u iki cavabsız qolla üstələyib.
Tura yanvarın 18-də "Fənərbağça" - "Ankaragücü" və "Kasımpaşa" - "Ərzurumspor" matçları ilə yekun vurulacaq.
Hazırda Türkiyə Superliqasına 38 xalla "Beşiktaş" başçılıq edir. Ondan bir oyun az keçirmiş "Fənərbağça" 35 xalla ikinci, "Qaziantep" isə 34 xalla üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XV turda "Alanyaspor" istirahət edir.(azərtac)