Bakının “Zirə” klubu yeni futbolçu transfer edib.
LEQAL.AZ xəbər verir ki, qəsəbə təmsilçisi Filipe Pahtmanla "6 ay+3 il" şərtiylə müqavilə imzalayıb.
Ukraynanın "Lvov" klubuna məxsus gənc braziliyalı hücumçu sonradan transfer hüququnu almaq şərti ilə mövsümün sonunadək icarəyə götürülüb.
İyirmi yaşlı legioner transfer hüququ alınacağı halda onunla bağlanmış 3 illik müqavilə qüvvəyə minəcək.
Qeyd edək ki, Filipe peşəkar karyerasına "Lvov" klubunda başlayıb.