Bu gün Bakı İdman Sarayında Slovakiya yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisinin yekun heyəti müəyyənləşib.
LEQAL.AZ Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, heyətdə qapıçılar - Rövşən Hüseynli, Emin Kürdov, oyunçular - Tiago Telles Martins (Bolinha), Rizvan Fərzəliyev, Kardoso Everton (Qalo), Rafael Vilela, Oliveira Da Nascimento (Vassora), Amir Shojaei, Xətai Bağırov, İsa Atayev, Ramiz Çovdarov, Tofiq Mikayılov və Hadi Ahmadi yer alıblar.
Qarşılaşmanı Rusiyadan olan hakimlər idarə edəcəklər. Matçın birinci hakimi İrina Velikanovadır. Digər xətdə isə Yuri Neverov iş başında olacaq. Üçüncü hakim funksiyasını həmyerlimiz Hikmət Qafarlı yerinə yetirəcək. Saniyəölçən isə Knyaz Əmiraslanov olacaq. Matçın hakim-inspektoru xorvatiyalı Edi Sunjic, UEFA nümayəndəsi isə danimarkalı Tai Regel Pundikdir.