Yanvarın 29-da futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Slovakiya oyununun hakimləri müəyyənləşib.
LEQAL.AZ Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, qarşılaşmanı Rusiyadan olan hakimlər idarə edəcəklər. Matçın birinci hakimi İrina Velikanovadır. Digər xətdə isə Yuri Neverov iş başında olacaq. Üçüncü hakim funksiyasını həmyerlimiz Hikmət Qafarlı yerinə yetirəcək. Saniyəölçən isə Knyaz Əmiraslanov olacaq.
Qeyd edək ki, Bakı İdman Sarayında keçiriləcək görüş saat 18:00-da start götürəcək.