Şahmat üzrə klublararası Avropa kubokunun finalında Azərbaycanın qadınlardan ibarət “Odlar yurdu” komandası daha beş oyun keçirəcək.
LEQAL.AZ xəbər verir ki, komandamız ilk oyununu Macarıstanın “Hello Sacc” kollektivinə qarşı keçirəcək. Şahmatçılarımız növbəti oyunlarında “Tremblay en France” (Fransa), “Monte Karlo” (Monako), “Kiyev Şahmat Federasiyası” ( Ukrayna) və "Ugra" (Rusiya) komandaları ilə mübarizə aparacaqlar.
“Odlar yurdu” komandasında Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Türkan Məmmədyarova və Ülviyyə Fətəliyeva yer alıblar.