Azərbaycan şahmatçısı Almatıda keçirilmiş beynəlxalq festivalın qalibi olub

Azərbaycan şahmatçısı Almatıda keçirilmiş beynəlxalq festivalın qalibi olub
  • İdman

  • Azərbaycanın gənc və perspektivli şahmatçısı Xəzər Babazadə Almatıda keçirilmiş beynəlxalq festivalın rapid yarışlarının qalibi olub.

    LEQAL.AZ xəbər verir ki, beynəlxalq ustalar və qrossmeysterlərin qatıldığı turnirdə X.Babazadə 9 oyundan 7 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

    Qeyd edək ki, şahmatçımız dekabrın 6-7-də blits üzrə keçirilmiş “Qarabağ Azərbaycandır!” onlayn beynəlxalq şahmat turnirində də yüksək nəticəyə imza ataraq birinci yeri tutub.
    PAYLAŞ:

    Oxşar xəbərlər