Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çempionlar Liqasının qrup mərhələsində keçirilən PSJ – “Başakşəhər” oyununda baş verən xoşagəlməz hadisəyə münasibət bildirib.
apasport.az saytının məlumatına görə, ölkə başçısı qarşılaşmanın rumıniyalı 4-cü hakimi Sebastian Kostantin Kolteskunun irqçi ifadəsindən sonra meydanı tərk edən Türkiyə təmsilçisinə dəstək nümayiş etdirib.
Ərdoğan UEFA-dan məsələ ilə bağlı lazımi addımı atmağı gözlədiyini deyib: “Təmsilçimiz “Başakşəhər”in məşqçi heyətindən Pyerr Veboya qarşı sərf edilən irqçi sözləri şiddətlə qınayırıq. UEFA tərəfindən lazımi tədbirlərin görüləcəyinə inanıram. İdmanda və həyatın bütün hissələrində irqçiliyə, ayrı-seçkiliyə qarşıyıq”.
Qeyd edək ki, UEFA ehtiyat hakimin dəyişdirilərək oyunun davam etdiriləcəyini açıqlasa da, İstanbul klubunun futbolçuları meydana çıxmaq istəmir.