2022-ci ildə Qətərdə təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisinin yer aldığı "A" qrupunda komanda sayı artırılıb.
LEQAL.AZ AFFA-nın saytına istinadla xəbər verir ki, UEFA son Asiya çempionu və mundialın ev sahibi olan Qətər yığmasını hazırlıq məqsədilə bu qrupa dəvət edib. Bu komanda "A" qrupunda yer alan bütün millilərlə təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq.
Rəqiblərin səfər məsafəsinin qısa olması üçün Qətər millisinin ev oyunları Avropada keçiriləcək.Bu yığmanın iştirakı ilə baş tutacaq ev qarşılaşmalarının məkanı və saatı barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, "A" qrupunda Azərbaycan və Qətərlə yanaşı, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburq yığmaları da yer alıblar.