Azərbaycan Premyer Liqasının XI turu çərçivəsində noyabrın 28-də keçirilməli olan “Sumqayıt” – “Qəbələ” qarşılaşması təxirə salınıb.
LEQAL.AZ Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, matçın təxirə salınması barədə qərara futbolçuların yenidən COVID-19 testindən keçməsi səbəb olub. Oyunun yeni vaxtı barədə PFL-in rəsmi saytı vasitəsilə məlumat veriləcək.