Azərbaycan təmsilçisi “Zirə” Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə adlayıb.
Leqal.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda səfərdə Slovakiyanın “DAK 1904” klubuna 2:1 hesabı ilə qalib gələrək buna nail olub.
Evdə 4:0 hesablı qalibiyyətdən sonra səfərdə də üstün olan zirəlilər 3-cü mərhələyə yüksəlib.
“Qartallar”ın qollarını 25-ci dəqiqədə Rafael Utziq, 57-ci dəqiqədə penaltidən Qismət Alıyev vurub. Meydan sahiblərindən Alexandro Mendez 40-cı dəqiqədə fərqlənib.