Azərbaycanın qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.
Leqal.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda B Liqasının 1-ci qrupunun 5-ci turunda Macarıstanla qarşılaşıb. Görüş rəqibin 5:0 qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra millimiz 4 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Macarıstan yığması isə 7 xalla ikinci yerə yüksəlib.
Qeyd edək ki, Azərbaycan milli komandası qrupda son oyununu iyulun 16-da Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığmasına qarşı keçirəcək.