Rıza Çalımbay: "Qarabağ" yaxşı komandadır"

Rıza Çalımbay: "Qarabağ" yaxşı komandadır"
  • İdman

  • "Hazırda yalnız "Qarabağ"la matçı düşünürük. Bu, bizim üçün final oyunudur. Qələbə qazanacağımız təqdirdə iddiamızı davam etdirəcəyik".

    LEQAL.AZ reporta-a istinadən xəbər verir ki, bu fikirləri "Sivasspor"un baş məşqçisi Rıza Çalımbay UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda səfərdə "Qarabağ"a qarşı keçirəcəkləri matç barədə danışarkən deyib.

    57 yaşlı mütəxəssis bildirib ki, Ağdam təmsilçisi ilə qarşılaşmada qələbə qazanmalıdırlar. "Futbolçularımız da bunu dərk edirlər. Ən böyük çətinliyimiz heyətlə bağlı problemimizin olmasıdır. Belə vəziyyətdə həm avrokubok, həm də Superliqa matçlarına çıxacağıq. Müəyyən vaxtdan sonra daha yaxşı olacağıq. "Qarabağ" yaxşı komandadır. Öz oyunumuzu sərgiləyə bilməsək, bizim üçün çətin olacaq. İlk qarşılaşmadakı kimi oynayasaq, matçı yaxşı nəticə ilə başa vura bilərik".

    Qeyd edək ki, "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da Türkiyədə baş tutacaq. İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Ölkə çempionu Sivasdakı III tur maçtında rəqibinə 0:2 hesabı ilə uduzub.
    PAYLAŞ:

    Oxşar xəbərlər