PSJ çətin səfərdə, “Borussiya” evdə revanş arzusunda

PSJ çətin səfərdə, “Borussiya” evdə revanş arzusunda
  • İdman

  • Çempionlar Liqasında 1/4 final həyəcanı davam edir. “Qafqazinfo” xəbər verir ki, bu gün cavab oyunlarına start veriləcək.

    İlk gündə iki görüş keçiriləcək. İspaniya təmsilçilərindən “Barselona” ev, “Atletiko” səfər matçına çıxacaq. Hər iki klub birinci görüşündə minimalhesablı qələbə qazanıb.

    PSJ səfərdə “Barselona”dan, Dortmund “Borussiya”sı isə evdə “Atletiko”dan məğlubiyyətin revanşını alaraq yarımfinala yüksəlməyə çalışacaq.

    Qeyd edək ki, mərhələnin digər iki oyunu sabah keçiriləcək.

    Çempionlar Liqası

    1/4 final, cavab oyunları

    16 aprel

    23:00. “Barselona” (İspaniya) – PSJ (Fransa)

    Baş hakim: İstvan Kovaç (Rumıniya)

    Barselona, “Olimpik Lyuis Kompanis” stadionu

    İlk oyun – 3:2

    23:00. “Borussiya” (Dortmund, Almaniya) – “Atletiko” (İspaniya)

    Baş hakim: Slavko Vinçiç (Sloveniya)

    Dortmund, “Siqnal İduna Park” stadionu

    İlk oyun – 1:2
    PAYLAŞ:

    Oxşar xəbərlər