Azərbaycan millisi Bakıda təşkil olunan “FIFA series - Edition 2024” layihəsində bu gün növbəti oyununu keçirəcək.
Leqal.az xəbər verir ki, yığma Bolqarıstan kollektivi ilə üz-üzə gələcək.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da başlanacaq.
Görüşü estoniyalı hakim Kristo Tohver idarə edəcək. Saat 17:00-da start götürəcək digər oyunda Tanzaniya və Monqolustan seçmələri qarşılaşacaqlar.
“FIFA series – Edition 2024”
25 mart
20:00. Azərbaycan – Bolqarıstan
Baş hakim: Kristo Tohver (Estoniya)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, komandamız ilk matçında Monqolustana, bolqarlar isə Tanzaniyaya 1:0 hesabı ilə qalib gəlib.