Azərbaycan yığması Albaniya ilə qarşılaşacaq

Azərbaycan yığması Albaniya ilə qarşılaşacaq
  • İdman

  • Azərbaycan millisinin yoldaşlıq görüşü üçün daha bir rəqibi müəyyənləşib. “Qafqazinfo” Albaniya mətbuatına istinadən xəbər verir ki, yığmamız bu ölkənin komandası ilə qarşılaşacaq.

    Görüş iyunun 7-nə təyin olunub. Avstriyanın Qrats şəhərində baş tutacaq matç yerli vaxtla saat 20:45-də start götürəcək. Bu, AVRO-2024-də çıxış edəcək albanların son yoldaşlıq oyunu olacaq.

    Qeyd edək ki, Albaniya yığması AVRO-2024-ün B qrupunda İspaniya, Xorvatiya və İtaliya ilə oynayacaq. Albanlar ilk matçlarında iyunun 15-də İtaliyaya ilə qarşılaşacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər