Boksçumuz İtaliyada qələbə qazandı

Boksçumuz İtaliyada qələbə qazandı
  • İdman

  • İtaliyanın Busto Arsizio şəhərində boks üzrə I Dünya Olimpiya Təsnifat Turnirinə start verilib. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Nicat Hüseynov (51 kq) mübarizəyə qoşulub.

    Leqal.az xəbər verir ki, ikiqat Avropa çempionumuz 1/32 final çərçivəsində Deepak Deepakı (Hindistan) sınağa çəkib. Hüseynov gərgin keçən döyüşdə son dünya çempionatının bürünc medalçısını 3:2 (29:28, 28:29, 29:28, 27:30, 29:28) hesabı ilə məğlub edib.

    Boksçumuz ikinci görüşündə ilk mərhələdən azad olan Sahil Alahverdovi (Gürcüstan) ilə üz-üzə gələcək. Döyüş martın altısında baş tutacaq.
    Qeyd edək ki, turnirin ikinci günündə Azərbaycan millisinin daha iki boksçusu rinqə çıxacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər