PSJ-nin hücumçusu Kilian Mbappe fevralın 27-də Fransa prezidenti Emmanuel Makronla nahar edəcək.
Bu barədə "Le Parisien" məlumat yayıb.
Mənbənin məlumatına görə, Qətər əmirinin Parisə gəlişi ilə əlaqədar Fransa prezidenti Kilianı şəxsən Yelisey sarayında şam yeməyinə dəvət edib. PSJ-nin prezidenti Nasser Al-Khelaifi və ehtimal ki, Paris Saint-Germain-in bir neçə digər oyunçusu da iştirak edəcək.
///Unikal